AZ

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) aprelin 20-dən məktəblərdən adi rejimdə dəsrlərin keçirilməsinə başlanıb. Bu, bölgədəki gərginliklər səbəbilə bir müddət davam edən distant təhsildən sonra tam şəkildə əyani dərslərə dönüş deməkdir.

“The Times of İndia” xəbər verir ki, hakimiyyət orqanları məktəblərin, uşaq bağçalarının və universitetlərin yenidən açıldığını bildirib. Bəzi təhsil müəssisələrində isə istəyə bağlı olaraq hibrid təhsil sistemi davam edə bilər.

Yeni təhlükəsizlik qaydalarına əsasən, məktəblərdə bir sıra tədbirlər görülüb. Belə ki, təhlükəsiz zonalar yaradılıb, məktəb tədbirləri, açıq hava dərsləri və idman məşğələləri dayandırılıb, bəzi yeməkxanalar bağlanıb, müəllim və şagirdlər üçün təcili yardım və təhlükəsizlik təlimləri keçirilib, təxliyə yolları və qaydalar aydın şəkildə işarələnib, həmçinin məktəb ətrafında yol hərəkəti nəzarəti gücləndirilib. Lakin distant təhsil tam bitməyib. 

Sorğulara görə, BƏƏ-də şagirdlərin böyük əksəriyyəti (90 faizfən çoxu) yenidən məktəbdə təhsilə üstünlük verirlər. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr