AZ

Lula İranla bağlı iddialara inanmadığını bildirib

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva İranın nüvə silahı yaratdığına inanmadığını deyib və bu cür iddiaların qarşıdurmaya bəraət qazandırmaq üçün ortaya atıldığını vurğulayıb...

Poliqon xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva İranın nüvə silahına malik olması və ya nüvə bombası yaratması ilə bağlı iddialara inanmadığını açıqlayıb. O bildirib ki, ABŞ-nin keçmiş prezidenti Corc Buş İraqa müdaxilə edərkən Səddam Hüseynin nüvə silahına sahib olması barədə səsləndirilən ittihamlara da inanmayıb.

Lulanın sözlərinə görə, zaman-zaman bəzi dairələr izahı və əsaslandırılması mümkün olmayan qarşıdurmaları haqlı göstərmək üçün saxta miflər formalaşdırırlar. Braziliya lideri bu cür yanaşmaların beynəlxalq gərginliyi artırdığını və münaqişələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb.

Onun açıqlaması İranın nüvə proqramı ətrafında mübahisələrin yenidən gücləndiyi və Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda xüsusi diqqət çəkib. Lula bu bəyanatı ilə İrana qarşı sərt mövqeyi əsaslandırmaq üçün istifadə olunan arqumentlərə şübhə ilə yanaşdığını nümayiş etdirib və diplomatik həll yolunun daha vacib olduğunu önə çıxarıb.

Müşahidəçilər hesab edirlər ki, Braziliya Prezidentinin bu mövqeyi ölkəsinin ənənəvi xarici siyasət kursuna uyğundur. Rəsmi Braziliya adətən beynəlxalq böhranlarda hərbi qarşıdurmadan çox dialoq, çoxtərəfli əməkdaşlıq və siyasi həll mexanizmlərini müdafiə edən xəttə üstünlük verir.

Poliqon.info

Seçilən
75
5
poliqon.info

6Mənbələr