AZ

Vüsal İsgəndərli qol vursa da, komandası uduzdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 32-ci turun oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, sözügedən komanda evdə “Bilis”lə qarşılaşıb.

“Partizani” bu oyunda 1:1 hesablı heç-heçə ilə kifayətlənib. İsgəndərli meydana start heyətdə çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

Komandasının yeganə qolunu da 19-cu dəqiqədə (penaltidən) azərbaycanlı futbolçu vurub.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 45 xalla 5-ci yerdədir.

Bizim.Media

Seçilən
46
1
bizim.media

2Mənbələr