AZ

Yaponiyada baş verən zəlzələ səbəbindən təxminən 200 min nəfərə təxliyə əmri verilib

Yaponiyada baş verən zəlzələ səbəbindən təxminən 200 min nəfərə təxliyə əmri verilib.

Editor.az xəbər verir ki, bu barədə Kyodo News agentliyinin yanğınsöndürmə xidmətinə istinadən yaydığı məlumatda bildirilib.

Məlumata görə, Hokkaydo, Aomori, İvate, Miyaqi və Fukuşima prefekturalarında 7,7 bal gücündə zəlzələ nəticəsində 182 min nəfərin təxliyəsi barədə qərar qəbul olunub.

Bundan əvvəl isə həmin bölgələrdə yaşayan 156 nəfər üçün təxliyə qərarı verildiyi açıqlanmışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr