AZ

Luis Diaz Bundesliqada tarix yazdı

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniya Bundesliqasının 30-cu turunda “Bavariya” doğma meydanda “Ştutqart” üzərində 4:2 hesablı qələbə qazanaraq mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Görüşdə Münhen təmsilçisinin futbolçusu Luis Diaz matç ərzində iki məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb.

Diaz 2004/2005 mövsümündən etibarən Bundesliqada bir mövsümdə ən azı 13 qol və 13 məhsuldar ötürmə edən ilk “Bavariya” futbolçusu kimi tarixə düşüb.

29 yaşlı vinger cari mövsümdə Bundesliqada 15 qol vurub və 13 assist edib. Bununla da Luis Diaz Avropanın ən güclü beş çempionatında bu göstəriciyə çatan yeganə futbolçu olub.

Qeyd edək ki, kolumbiyalı ötən yay “Liverpul”dan 70 milyon avro qarşılığında “Bavariya”ya transfer olunub. Diazın Almaniya nəhəngi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
icma.az

4Mənbələr