Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Premyer-liqada tur heç-heçələrin çoxluğu ilə diqqəti çəkdi. İlk iki oyun günündə keçirilən 7 qarşılaşmadan 6-da bərabərlik qeydə alındı!Maraqlıdı ki, bu 14 komandadan yeganə qalib gələn tərəf sonuncu pillədəki ''Soçi'' oldu. Özü də elitada qalmaq şansı möcüzəyə bərabər olan autsayder elə-belə rəqibi yox, səfərdə ÇSKA-nı minimal hesabla üstələdi. ''Hərbçilər'' qış fasiləsindən sonra keçirdiyi 6 çempionat oyununda 4-cü məğlubiyyətlə üzləşdilər. Bu, 2001-ci ildən bəri klubun ən pis göstəricisidi. Demək olar, bütün mövsüm beton müdafiəsi ilə ön planda olan ''Baltika''ya, deyəsən, göz dəydi. Ardıcıl 2-ci turda kalininqradlıların oyununda 2:2-lik bərabərlik qeydə alındı. Son 2 turda 4 qol buraxan debütant eyni sayda qolu əvvəlki 17 turda buraxmışdı! ''Lokomotiv'' qış fasiləsindən bəri artıq 3-cü qolunu vuran mərkəz müdafiəçisi Montesin sayəsində evdə Mahaçqala ''Dinamo''sundan xal aldısa, ''Spartak'' sevimli səfərlərindən olan Rostovda bu dəfə yalnız 1 xalla kifayətləndi. Liderlərin Sankt-Peterburqdakı dueli o qədər də baxımlı alınmadı. ''Zenit'' mövsümdə ikinci qolunu vuran Vendelin sayəsində fasiləyə üstün yollansa da, ''Krasnodar'' 2-ci hissədə əsas hədəfinə çataraq məğlubiyyətdən qurtuldu. Hiss olunurdu ki, komanda meydana yalnız uduzmamaq və liderliyi əldən verməmək üçün çıxıb. Pedro Enrike meydana çıxandan 7 dəqiqə sonra birbaşa qırmızı vərəqə aldığından ''Zenit'' son anları azlıqda keçirməli oldu. Beləliklə, son çempion ''Krasnodar'' sona 6 tur qalmış liderliyini davam etdirdi. 24-cü turZenit - Krasnodar 1:1Vendel, 27 - Olasa, 69.Zenit: Adamov, Drkuşiç, Diveyev, Nino, D.Santos (Alip, 90+2), Vendel, Barrios, Luis Enrike, Qluşenkov (Veqa, 82), Con (Pedro Enrike, 71), Sobolev.Krasnodar: Aqkatsev, Qonsales (Paltsev, 88), Tormena, Kosta, Olasa, Auqusto, Lenini, Krivtsov (Kobnan, 89), Batçi (Boselli, 79), Spertsyan, Kordoba.Lokomotiv - Dinamo Mh 1:1Montes, 87 - Masturi, 63-p.Lokomotiv: Mitryuşkin, Nenaxov (Sarveli, 56), Nyamsi (Vera, 80), Montes, Silyanov, Karpukas (Çevardin, 71), Prutsev, Bakayev (Saltıkov, 71), Batrakov, Rudenko (Fasson, 56), Komliçenko. ÇSKA - Soçi 0:1Kramariç, 11-p.ÇSKA: Torop, Qayiç (Moyzes, 78), Viktor, Danilov, Kruqovoy, Kislyak, Barinov (Musayev, 68), Kozlov (Karmo, 46), Oblyakov, Qlebov (Voronov, 87), Qondu.Rostov - Spartak 1:1Mohebi, 42 - Zobnin, 8.Spartak: Maksimenko, Fernandeş, Vu, Ciku, Dmitriyev (Solari, 46), Litvinov, Umyarov, Markinyos, Barko (Martins, 80), Zobnin (Denisov, 55), Uqalde (L.Qarsiya, 81).Akron - Dinamo M 2:3Lonçar, 42. Benşimol, 88-p. – Nqamale, 20-p. Qomes, 33. Tyukavin, 90+5.Baltika - Nijni Novqorod 2:2Çiviç, 48. Petrov, 85-p. - Sefas, 8. Kariç, 90+1.Krılya Sovetov - Axmat 2:2Rahmanoviç, 4. Çernov, 70 - Melkadze, 10. Kasintura, 40-p.Rubin - Orenburq 0:01. Krasnodar 24 16 5 3 49-17 532. Zenit 24 15 7 2 44-17 523. Lokomotiv 24 12 9 3 50-33 454. Baltika 24 11 11 2 34-13 445. ÇSKA 24 13 3 8 36-26 426. Spartak 24 12 6 6 38-32 427. Dinamo M 24 9 7 8 43-35 348. Rubin 24 9 7 8 23-25 349. Axmat 24 8 7 9 29-31 31 10. Rostov 24 6 8 10 19-26 2611. Dinamo Mh 24 5 8 11 15-30 2312. Akron 24 5 7 12 30-43 2213. Krılya Sovetov 24 5 7 12 25-44 2214. Nijni Novqorod 24 6 3 15 20-39 2115. Orenburq 24 4 8 12 24-36 2016. Soçi 24 3 3 18 21-53 12Bombardirlər: Kordoba (Krasnodar) - 14, Xil (Baltika) - 13, Batrakov (Lokomotiv) - 12. ReaksiyalarSergey Semak, ''Zenit''in baş məşqçisi:
''Nəticə bizim üçün ürəkaçan deyil. İlk yarıda inamlı təsir bağışladıq. Ümumiyyətlə, qol buraxdığımız ana qədər yaxşı performans ortaya qoyduq. Qırmızı vərəqə həm oyunumuzu korladı, həm də oyunun axarına təsir etdi. Azlıqda artıq təzyiqimiz istənilən səviyyədə olmadı. Hərçənd azlıqda da pis oynadığımızı deməzdim. İkinci hissədə həm də nəticəni qorumaq istəyi ön plana çıxdığından üstünlüyü əldən verdik. Qol buraxdığımız epizodda düzgün oynamadıq. Qayıdan topu ələ keçirə bilmədik. Ancaq futbol səhvlər oyunudu. Qırmızı vərəqənin tam yanlış olduğunu düşünürəm. Pedro topa oynayırdı və toqquşmadan qaçmağa çalışırdı. Başa düşmürəm, belə epizodda qırmızı vərəqə hakimin hardan ağlına gəldi? Bənzər epizodlar ayrı-ayrı matçlarda ayrı cür dəyərləndirilir. Artıq buna alışmışıq. Majiçin (Hakimlər Komitəsinin sədri - red.) bu epizodlar haqda fikri çox maraqlıdı. Hakimdən bunu soruşanda ''mən Majiçin sözü ilə oturub-durmuram, nə görürəmsə, ona da qərar verirəm'' dedi. Hakimliyimizdə indi vəziyyət məhz belədi''.
Murad Musayev, ''Krasnodar''ın baş məşqçisi:
''Həm oyunun axarına, həm də yaradılan qol fürsətlərinə baxanda heç-heçənin ədalətli nəticə olduğunu deyə bilərəm. Oyunun sonlarına yaxın qalib gələ də bilərdik. İki gözəl fürsətimiz oldu. Əsas mübarizə hələ irəlidədi. Təbii ki, qələbə qazanmaq istəyirdik. Əvəzetmələr də məhz buna hesablanmışdı. ''Zenit''in öz meydanında ''1 nömrə'' ilə oynamağa çalışacağını, üzərimizdə təzyiq quracağını bilirdik. Hiss olunurdu ki, ilk yarıda çox güc sərf etdilər. Biz, sadəcə, səbrli olmalı, müdafiədə diqqətli oynamalı və öz şansımızı gözləməliydik. Fasilədə oyunçularıma məhz bunu dedim. Oyundan öncə mənə 1 xal təklif olunsaydı, razılaşardımmı? Bəli. Qırmızı vərəqə epizodunu görmədim. Hakim VAR-a baxmağa gedəndə təkrarını izlədim və Pedro Enrikenin açıq ayaqla oynadığını gördüm. Qəribədi ki, hakim bu epizodda heç qayda pozuntusu da təyin etməmişdi''.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.