AZ

Hollywood tarixinin ən yüksek qonorarını alacaq

ain.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

“Paramount Pictures” izlənmə rekordları qıran “Top Gun: Maverick” filmindən sonra pərəstişkarlarını sevindirən qərarı rəsmi şəkildə açıqlayıb.

OLAY yazır ki, 2022-ci ildə nümayişə olunan və dünya üzrə kassa rekordlarını alt-üst edən “Top Gun: Maverick” filminin əldə etdiyi böyük uğurdan sonra, üçüncü hissəsi üçün işlərə başlanıldığı açıqlanıb. Macəra janrının tanınmış siması Tom Kruzun yenidən kapitan pilot Pit “Maverik” Mitçell rolunda oynayacağı dəqiqləşib.

Kassa rekordları qıran “Top Gun” filminin üçüncü hissəsi üzərində işləyən 63 yaşlı Tom Kruzun ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş pilotunu canlandırdığı bu rol üçün ən azı 135 milyon dollar qazanacağı iddia olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
olay.az

1Mənbələr