AZ

Sərxan Həşimov Avropada yüksək vəzifəyə namizəddir

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanı dünya arenasında layiqincə təmsil etmiş mərhum Avropa çempionu Vüqar Həşimovun qardaşı Sərxan Həşimovun Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu təyinatla bağlı xəbər ECU-nun rəsmi saytında paylaşılıb.

Məlumata əsasən, S.Həşimovun namizədliyi rəsmən Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən təqdim olunub. Bununla yanaşı, AŞF birlik prezidenti uğrunda gedən mübarizədə gürcüstanlı namizəd Zurab Azmayparaşvilini dəstəkləyəcəyini bəyan edib.

Məlumat üçün vurğulayaq ki, Avropa Şahmat Birliyinin gələcək rəhbərliyini müəyyənləşdirəcək həlledici seçki cari ilin iyun ayının 18-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr