2026-cı il aprelin 1-nə Azərbaycan banklarının depozit portfelinin həcmi 37 milyard 568.09 milyon manata çatıb.
Banker.az-ın ilkin hesablamalarına əsasən, bu göstərici ilin əvvəlindən 1.4% azalma deməkdir.
ABB 9.01 milyard manatlıq depozit portfeli ilə bazarda lider mövqeyini qoruyub və ilin əvvəlindən 1.3% artım qeydə alıb. İkinci yerdə 8.50 milyard manatla Kapital Bank qərarlaşıb və burada 2.5% artım müşahidə olunur.
Üçüncü pillədə isə 6.91 milyard manatla PAŞA Bank yer alıb, lakin bu bankda 8.5% azalma qeydə alınıb.
İlk beşliyi tamamlayan digər banklar Xalq Bank və Azər Türk Bank olub. Xalq Bank-ın depozit portfeli 1.89 milyard manat təşkil edib və 1.4% azalıb. Azər Türk Bank isə 1.56 milyard manatla 0.6% artım nümayiş etdirərək beşinci pillədə qərarlaşıb.
Sektor üzrə əmanətlərin 89%-i TOP10 banka aiddir.