Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turnirini 13 medalla başa vurublar.


Rekord.az xəbər verir ki, turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. 


Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.


Yunan-Roma güləşində Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.


Sərbəst güləş üzrə Azərbaycan millisi 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.


Beləliklə, "Çempionlar" turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə ediblər.


Azərbaycan güləşçiləri Antalyada Çempionlar turnirini 13 medalla başa vurublar