AZ

Hörmüzdə Fransa gəmisinə hücum edilib

Bakı. Trend:

Fransanın “CMA CGM” gəmiçilik şirkətinə məxsus “Everglade”konteynerdaşıyıcı gəmisi Hörmüz boğazından keçərkən ona açılanxəbərdarlıq atəşi nəticəsində zədələnib.

Trend xəbər verirki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata əsasən, bütün heyət üzvləritəhlükəsizlikdədir və onlardan heç biri xəsarət almayıb.

Bildirilib ki, gəmi işlək vəziyyətdədir və açılan atəş yalnızbir neçə konteynerə ziyan vurub.

Qeyd edək ki, 2026-cı ilin aprelində ABŞ Mərkəzi Komandanlığıİran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatınablokada tətbiq etməyə elan edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Seçilən
27
3
az.trend.az

4Mənbələr