AZ

Zelenski: Orbanın məğlubiyyəti nifrət siyasətinin iflasıdır

Viktor Orbanın seçkilərdə məğlub olması Macarıstan cəmiyyətinin Ukraynaya qarşı nifrət kampaniyasını dəstəkləmədiyinin sübutudur.

Turkustan.az xəbər verir ki, prezident Vladimir Zelenski bunu televiziyada bəyan edərək Macarıstandakı səsvermənin nəticələrini Orban üçün strateji məğlubiyyət adlandırıb.

"Həmişə nifrətlə qalib gəlmək mümkün deyil. Nifrətlə taktiki olaraq qalib gəlmək olar, amma strateji olaraq mütləq məğlub olmaq olar. Macarıstandakı seçkilər Orbanın strateji məğlubiyyətidir", - deyə dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, öz növbəsində rəsmi Budapeştlə münasibətləri yaxşılaşdırmaq üçün əlindən gələni edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
1
turkustan.az

2Mənbələr