AZ

Hindistanda fişəng fabrikindəPARTLAYIŞ

Hindistanın cənubunda baş verən sənaye qəzası böyük insan itkisi ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, Tamil Nadu ştatında fişəng fabrikində güclü partlayış baş verib.

Hadisə nəticəsində azı 25 nəfər həlak olub. Partlayış zamanı müəssisənin daxilində təxminən 40 işçinin olduğu bildirilir.

Məlumata əsasən, partlayış o qədər güclü olub ki, fabrikin bir neçə istehsal binası tamamilə dağılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir, eyni zamanda istintaq başladılıb. İlkin ehtimallara görə, partlayış təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr