AZ

Yaponiyada güclü zəlzələdən sonra sunami: ilk dalğa sahilə çatdı

Yaponiyanın şimalında baş verən zəlzələdən sonra yaranan sunaminin ilk dalğası ölkə sahillərinə çatıb. Bu barədə NHK məlumat yayıb.

Dalğanın hündürlüyü İvate prefekturası sahilləri yaxınlığında qeydə alınıb. Meteoroloqlar növbəti dalğaların daha böyük olacağını bildirərək əhalini sahilə yaxınlaşmamağa çağırıb. Daha sonra Kudzi limanına 80 sm hündürlüyündə ikinci dalğa çatıb.

7,5 bal gücündə zəlzələdən sonra İvate prefekturasında ən azı 20 min nəfərin təxliyəsi elan edilib. Yaponiya hökuməti isə təbii fəlakətin nəticələrini qiymətləndirmək və tədbirləri koordinasiya etmək üçün operativ qərargah yaradıb.

Seçilən
27
aznews.az

1Mənbələr