Qurumun açıqlamasına görə, pozuntulara sanitar-texniki və gigiyenik tələblərə əməl olunmaması, məhsulların düzgün temperatur rejimində saxlanmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və qida bloklarında təmizlik-dezinfeksiya qaydalarının pozulması daxildir.
Mart ərzində ümumilikdə 390 məktəbdə monitorinq aparılıb. Nəticədə 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə satışı qadağan edilən qida məhsulları aşkarlanıb.
Aşkarlanan məhsullar satışdan çıxarılıb, məsul şəxslər barəsində inzibati tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib.

