AZ

Ötən ay 5 məktəbdə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb

BAKI, 20 aprel. TELEQRAF

Ötən ay 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.

"Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb", - məlumatda qeyd olunub.

Seçilən
0
4
teleqraf.com

7Mənbələr