AZ

İran ABŞ-ni gəmi hücumunda ittiham etdi: “Cavab veriləcək”

İranın hərbi rəhbərliyi ABŞ-yə qarşı ciddi ittihamlar səsləndirib.

Redaktor.az xəbər verir ki, İran Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığı bazar ertəsi günü ABŞ-nin Oman dənizində İran ticarət gəmisinə hücum etdiyini və bunun nəticəsində atəşkəsin pozulduğunu bildirib.

Qurumun sözçüsü iddia edib ki, ABŞ qüvvələri gəmiyə atəş açıb, naviqasiya sistemlərini sıradan çıxarıb və dəniz piyadalarını “dəniz piratçılığı” adlandırılan əməliyyata cəlb edib.

Açıqlamada qeyd olunub ki, İran silahlı qüvvələri hər hansı qarşıdurmaya hazırdır və ABŞ-nin “silahlı hücumlarına” cavab verəcəklər.

Məlumata görə, tərəflər arasında gərginlik son dövrlərdə dəniz marşrutları və bölgədəki hərbi fəaliyyətlər fonunda artmaqdadır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
16
1
redaktor.az

2Mənbələr