AZ

Prezident İlham Əliyevin Antalya Forumu iştirakı mühüm diplomatik addımdır - Azər Qarayev

Bakı. Trend:

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumu çərçivəsindəiştirakı Azərbaycanın xarici siyasətində dialoq və çoxşaxəlidiplomatiya xəttinin davamı kimi qiymətləndirilir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu platforma regional və qlobal məsələlərinmüzakirə olunduğu, dövlət və hökumət başçıları, xarici işlərnazirləri və beynəlxalq təşkilat nümayəndələrinin bir araya gəldiyimühüm diplomatik formatdır.

"Forumda iştirak edən Prezident İlham Əliyev üçün bu tədbir həmölkənin mövqelərinin beynəlxalq auditoriyaya çatdırılması, həm dəaktual regional proseslərə dair birbaşa fikir mübadiləsi aparmaqbaxımından əhəmiyyətlidir. Xüsusilə Cənubi Qafqaz regionundapost-münaqişə dövrü gündəliyi, sülh prosesləri və iqtisadiəməkdaşlıq imkanları kimi mövzular belə platformalarda daha genişmüzakirə olunur".

A. Qarayev qeyd edib ki, forum çərçivəsində keçirilən görüşlərisə diplomatik baxımdan xüsusi önəm daşıyır.

"Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri vəbeynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi təmaslar ikitərəflimünasibətlərin inkişafı, iqtisadi və enerji əməkdaşlığınıngenişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələlərininmüzakirəsi üçün əlavə imkanlar yaradır. Belə görüşlər adətən formaldanışıqlardan daha çevik və operativ fikir mübadiləsinə şəraityaradır.

Xüsusilə Azərbaycan Respublikası Prezident İlham Əliyev, TürkiyəRespublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Başnaziri Şahbaz Şərif Antalya Diplomatiya Forumu çərçivəsində görüşkeçiriblər. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdəolan məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşqarşılıqlı anlaşma və dialoqun davam etdirilməsi baxımındanəhəmiyyətli hesab edilir.

Dünyada artan geosiyasi gərginliklər, regional münaqişələr vədəyişən güc balansı fonunda dövlətlər arasında siyasi dialoq vəəməkdaşlıq daha da aktuallaşır. Prezident İlham Əliyev, RəcəbTayyib Ərdoğan və Şahbaz Şərif arasında Antalya Diplomatiya Forumuçərçivəsində keçirilən görüş də məhz bu kontekstdə xüsusi əhəmiyyətdaşıyır. Görüşün mahiyyəti regional sabitlik, təhlükəsizlik vəiqtisadi əməkdaşlıq istiqamətlərində ortaq yanaşmalarınmüzakirəsidir. Hər üç ölkənin apardığı xarici siyasət kursuqarşılıqlı dəstək və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.Bu cür təmaslar qlobal qeyri-müəyyənlik şəraitində siyasikoordinasiyanın gücləndirilməsinə xidmət edir".

Politoloq qeyd edib ki, eyni zamanda, bu cür tədbirlərAzərbaycanın beynəlxalq siyasətdə aktiv iştirak edən aktor kimimövqeyini gücləndirir.

"Diplomatik forumlar vasitəsilə həm yeni əməkdaşlıqistiqamətləri müəyyənləşdirilir, həm də mövcud tərəfdaşlarlaəlaqələr daha da dərinləşdirilir.Ümumilikdə, Antalya DiplomatiyaForumunda iştirak və burada aparılan görüşlər Azərbaycanın xaricisiyasət strategiyasının praktiki icrası, beynəlxalq dialoqa açıqmövqeyi və regional proseslərdə fəal rolunu davam etdirməsibaxımından əhəmiyyətli diplomatik addım kimi dəyərləndirilir", -deyə o qeyd edib.

Seçilən
22
2
az.trend.az

3Mənbələr