AZ

Fişəng fabrikində güclü partlayış - Onlarla insan öldü

Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng fabrikində partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində 25 nəfər həlak olub. 

Hadisə zamanı binada təxminən 40 işçi olub. Partlayış o qədər güclü olub ki, bir neçə istehsal müəssisəsini məhv edib.

Yaralılar xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir və araşdırma başlanıb. İlkin məlumatlara görə, faciəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Seçilən
7
1
unikal.az

2Mənbələr