AZ

“Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanlı azarkeşlər ABŞ-nin “Kolambus Kryu” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Nəriman Axundzadəyə dəstək olub.

“Qafqazinfo” xəbər verir ki, onlar MLS liqasının Şərq Konfransının 8-ci turun “Nyu-Enqland Revolyuşn”la matçda stadionda olublar. 

Bu barədə ABŞ-də yaşayan həmyerlimiz Ceyhun Əlizadə öz instaqram hesabında paylaşım edib. 

O, tribunadan isinmə hərəkətlərini yerinə yetirən N.Axundzadəyə səslənərək ona dəstək olacaqlarını bildirib. C.Əlizadə forvarda “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” deyərək də futbolçu ilə zarafat edib. 

Qeyd edək ki, Nərimanın komandası bu görüşdə 1:2 hesabı ilə uduzub. Forvard 88-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr