AZ

Hindistanın pirotexnika zavodunda partlayış olub – Azı 25 nəfər ölüb

Bakı. Trend:

Hidnistanın cənubunda yerləşən Tamil Nadu ştatında fəaliyyətgöstərən pirotextniki vasitələrin istehsal olunduğu zavodda güclüpartlayış baş verib.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Vanaya Pirotexnika Sənaye kompleksində baş vermişpartlayış nəticəsində azı 25 nəfər həyatını bitirib, daha dördnəfər ağır yaralanıb.

Hadisə anında müəssissədə 50-ə yaxın işçi olub. İkinci partlayışxilasedicilər insanları təxliyə etdiyi anda baş verib və əlavə 13nəfərin yaralanması ilə nəticələnib. Lakin ikinci dalğadazərərçəkənlərdə ciddi yanıq yaraları qeydə alınmayıb.

Partlayışın səbəbləri araşdırılır. İnsidentdən sonra zavodunsahibi və briqadiri yoxa çıxıb. Yerli polis rəsmisi dörd xüsusitəyinatlı dəstənin onların aşkarlanaraq həbs olunması üçün səfərbərolunduğunu bildirib.

Məqalədə:
Seçilən
9
1
az.trend.az

2Mənbələr