AZ

Hindistanın pirotexnika zavodunda partlayış olub – Azı 25 nəfər ölüb

Hidnistanın cənubunda yerləşən Tamil Nadu ştatında fəaliyyət göstərən pirotextniki vasitələrin istehsal olunduğu zavodda güclü partlayış baş verib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Vanaya Pirotexnika Sənaye kompleksində baş vermiş partlayış nəticəsində azı 25 nəfər həyatını bitirib, daha dörd nəfər ağır yaralanıb.

Hadisə anında müəssissədə 50-ə yaxın işçi olub. İkinci partlayış xilasedicilər insanları təxliyə etdiyi anda baş verib və əlavə 13 nəfərin yaralanması ilə nəticələnib. Lakin ikinci dalğada zərərçəkənlərdə ciddi yanıq yaraları qeydə alınmayıb.

Partlayışın səbəbləri araşdırılır. İnsidentdən sonra zavodun sahibi və briqadiri yoxa çıxıb. Yerli polis rəsmisi dörd xüsusi təyinatlı dəstənin onların aşkarlanaraq həbs olunması üçün səfərbər olunduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
1
olaylar.az

2Mənbələr