AZ

Meksikadakı Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Meksika Birləşmiş Ştatlarına səfər çərçivəsində AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri FuadMuradov, komitə əməkdaşları, habelə Azərbaycanın Meksikadakı səfiriSeymur Fətəliyev və səfirlik əməkdaşları paytaxt MexikonunTlakskoake-Xocalı meydanında yerləşən “Xocalı Soyqırımı” abidəsiniziyarət edərək soyqırımı qurbanlarını ehtiramla yad edib, abidəönünə əklil qoyublar.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, səfər çərçivəsində həmçinin Meksikada yaşayanazərbaycanlılarla görüş keçirilib. Görüş Azərbaycan Respublikasınınvə Meksika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsivə şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi iləbaşlayıb. Prezident İlham Əliyevin tarixi çıxışlarının yer aldığı,xalqımızın yüksək qələbə ruhunun ifadəsi olan filmin nümayişialqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakıfövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev soydaşlarımızısəmimi salamlayaraq müasir Azərbaycanın sürətli inkişafından,dövlətimizin həyata keçirdiyi uğurlu diaspor siyasətindən və busiyasətin Meksikadakı icma üzvlərinin fəaliyyətindəki rolundandanışıb, soydaşlarımızın iki ölkə arasında mədəni və ictimaiəlaqələrin möhkəmlənməsinə verdiyi töhfələri yüksəkqiymətləndirib.

“Xaricdə yaşayan hər bir azərbaycanlı dövlətimizin diqqətmərkəzindədir və unutmayın ki, Azərbaycan dövləti hər zaman sizinyanınızdadır” - bu sözləri icma ilə görüşdə komitə sədri FuadMuradov deyib. Dünyanın 70-dən çox ölkəsində yaşayanazərbaycanlılarla ardıcıl və sistemli iş aparıldığını diqqətəçatdırıb, komitənin layihələri barədə geniş təqdimatla çıxış edib.Bildirib ki, bu gün dünya azərbaycanlıları sıx birləşir,yaşadıqları cəmiyyətlərə uğurlu mədəni inteqrasiya edir, beynəlxalqtədbirlərdə, akademik və biznes mühitində ölkəni təmsil edərəkAzərbaycanın imicinin formalaşmasına təsir göstərirlər.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə YaşayanMeksikalılar İnstitutu arasında imzalanan Memorandumun iki ölkənindiaspor sahəsində əməkdaşlığını dərinləşdirəcəyi və qarşılıqlıfaydalı təşəbbüslərə yol açacağı vurğulanıb. Latın Amerikasıölkələrində yaşayan həmvətənlərimiz arasında koordinasiyanınyaradılması istiqamətində iş aparıldığı diqqətə çatdırılıb, icmaüzvlərinin Vətən müharibəsi və postmüharibə dövründəki fəaliyyətinənəzər salınıb. Meksikada yaşayan azərbaycanlıların hər zaman fəalolduğu, xalqımıza qarşı törədilən müharibə cinayətləri ilə bağlıdəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-nun Meksikaofisinə və BMT-nin Ətraf Mühit Proqramının Latın Amerikası və Karibhövzəsi üzrə nümayəndəliyinə bəyanatlar ünvanlayaraq Ermənistanıntörətdiyi hərbi cinayətlərə diqqət çəkdiyi xatırladılıb.

İcma üzvləri çıxışlarında Prezident İlham Əliyevə, qəhrəman oğulvə qızlarımıza xalqımıza qələbə sevincini yaşatdıqları üçün dərinminnətdarlıqlarını bildiriblər.

Meksikanın CUESEG Universitetində beynəlxalq hüququ tədris edənGünel Nağıyeva bildirib ki, ölkəmizin beynəlxalq müstəvidəlayiqincə təmsil edilməsi xaricdə yaşayan soydaşlarımıza qürurhissi yaşadır.

Görüş qarşılıqlı fikir mübadiləsi, mövcud vəziyyətin dərintəhlili və perspektivlərə dair konkret təkliflərin irəli sürülməsiilə davam edib. İştirakçılar müxtəlif sahələr üzrə mövcudçağırışları müzakirə edərək, onların həlli istiqamətində innovativyanaşmalar və praktiki addımlar barədə fikirlərini bölüşüblər.Bununla yanaşı, əməkdaşlığın genişləndirilməsi, səmərəliliyinartırılması və uzunmüddətli inkişaf strategiyalarınınformalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Meksikada yaşayan azərbaycanlılarla görüşdə eyni zamandaQazaxıstan Respublikasının Meksika Birləşmiş Ştatlarındakıfövqəladə və səlahiyyətli səfiri Almurat Turqanbekov, Mexikoşəhərində Yunus Əmrə Mədəniyyət Mərkəzinin rəhbəri Sinan Dorukun,komitənin və səfirliyinin əməkdaşları da iştirak edib.

Nəticə etibarilə belə görüşlər yalnız diaspor daxilindəhəmrəylik ruhunun güclənməsinə təsir etmir, həm də beynəlxalqsəviyyədə dostluq körpülərinin qurulmasına, xalqlar arasında səmimivə davamlı münasibətlərin inkişafına şərait yaradır, ortaqməqsədlər ətrafında birləşməni stimullaşdırır.

Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Meksikadakı
Seçilən
18
6
az.trend.az

7Mənbələr