AZ

"Liverpul" Premyer Liqada bunu bacaran yeganə komandadır

İngiltərə Premyer Liqasının 2025/26 mövsümünün 33-cü turunda “Liverpul” səfərdə “Everton”u 2:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, “qırmızılar” turnir tarixində Premyer Liqa çərçivəsində 60 fərqli stadionda qələbə qazanan ilk komanda olub. Bu barədə "Squawka" məlumat yayıb.

90+10-cu dəqiqədə Vircil van Deyk qələbə qolunu vuraraq “Liverpul”a tarixi “Mersisayd derbisi”ndə qalibiyyət qazandırıb. Bu, “Hill Dikinson” stadionunda keçirilən ilk derbi kimi yadda qalıb. Oyunda digər qollar Məhəmməd Salah və Betonun hesabına yazılıb.

Bu nəticədən sonra “Everton” 47 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Liverpul” isə 55 xalla 5-ci sıradadır.

Seçilən
2
publika.az

1Mənbələr