AZ

ABŞ-da 8 uşağını öldürən o imiş...

ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində atəşlə səkkiz uşağı qətlə yetirən şəxsin kimliyi müəyyən olunub.

Musavat.com The New York Post qəzetinə istinadən xəbər verir ki, o, 31 yaşlı ABŞ ordusu veteranı Şamar Elkinsdir.

Nəşrin məlumatına görə, öldürülən səkkiz uşaqdan yeddisi atıcının öz uşaqları olub. Hadisə zamanı yalnız bir uşaq binanın damından tullanaraq qaçmağı bacarıb.

Ştat polisi şübhəlinin qaçmağa cəhd etdiyini və təqib zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vurularaq öldürüldüyünü açıqlayıb.

New York Post qəzetinin qeyd etdiyinə görə, hadisədən bir müddət əvvəl Elkins uşaqları ilə birlikdə sosial mediada, o cümlədən Pasxa bayramında kilsə ziyarətindən şəkillər paylaşıb. Bir paylaşımda Tanrıdan ruhi sağlamlıq problemlərinin öhdəsindən gəlməsində ona kömək etməsini istəyib.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr