AZ

Netanyahu: İranla müharibə bitməyib

İsrail və ABŞ ilə İran arasında müharibə bitməyib və bu sahədə "yeni inkişaflar" hər an mümkündür.

İki sahil” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu İsraildə dövlət səfərində olan Argentina prezidenti Xavyer Miley ilə Yerusəlimdə birgə çıxışı zamanı deyib.

O, İsrailin İslam Respublikası ilə qarşıdurmada sonda məqsədlərinə çatmaq niyyətində olduğunu bildirib.

İranla müharibədən danışan Netanyahu bunu "ciddi çətinliklər və nəticələr dövrü" adlandırıb: "Biz çox şeyə nail olmuşuq. Amma bu, son deyil və hər an yeni inkişaflar baş verə bilər".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
33
3
ikisahil.az

4Mənbələr