AZ

Bolqarıstanda parlament seçkiləri keçirilib - keçmiş prezidentin koalisiyası irəlidədir

Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. Bu barədə yerli BTV telekanalı tərəfindən yayımlanan "exit-poll"un nəticələri göstərir. Məlumatlara görə, "Mütərəqqi Bolqarıstan" səslərin 37,5 %-dən 38,9 %-ə qədərini toplayıb ("Alpha Research" və "Market Links"in qiymətləndirmələri).

"Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda" və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) koalisiyası səslərin 15,4 %-dən 16,2 %-ə qədərini toplayaraq ikinci yeri tutub. Üçüncü yeri 13,6 %-dən 14,3 %-ə qədər səs toplayan "Dəyişikliklərə davam etdiririk" Partiyası və "Demokratik Bolqarıstan" koalisiyası tutub.

Onlardan sonra "Hüquqlar və azadlıqlar uğrunda Hərəkat" (7,5 % - 8,4 %), "Dirçəliş" Partiyası (4,9 % - 5,1 %) və "Bolqarıstan Sosialist Partiyası -Birləşmiş solllar"koalisiyası (4,1 % - 4,1 %) gəlir. Seçkilərdə iştirak təxminən 47 % təşkil edib – bu, təxminən 3,1 milyon seçici deməkdir.

Mətləb

Seçilən
20
1
sia.az

2Mənbələr