Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Trabzonspor" doğma meydanda "Başakşəhər"i qəbul edib.
Gərgin və maraqlı keçən görüşdə tərəflər meydanı hərəyə bir qol və bir xalla tərk ediblər.
Bu nəticədən sonra "Trabzonspor" xallarını 65-ə yüksəldib, "Başakşəhər" isə xallarını 48-ə çatdırıb.