AZ

Yerə üç futbol meydançası böyüklüyündə asteroid yaxınlaşır - Video

Yerə “Xaos tanrısı” adlandırılan nəhəng asteroid yaxınlaşır. Musavat.com xəbər verir ki, söhbət təxminən üç ildən sonra planetimizə kosmik miqyasda olduqca yaxın məsafədən keçəcək səma cismindən gedir.

Məlumata görə, asteroidin ölçüsü təxminən üç futbol meydançasına bərabərdir. Bildirilir ki, o, bəzi peyklərdən də daha yaxın məsafədən keçəcək.

Qeyd olunur ki, bu səma cismini teleskopsuz, adi gözlə də müşahidə etmək mümkün olacaq.

NASA “Xaos tanrısı” adlandırılan asteroidi potensial təhlükəli obyektlər siyahısına daxil edib. Bununla belə, bu status onun mütləq Yerə çırpılacağı anlamına gəlmir.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr