AZ

Verstappenin komandası Nürburqrinqdə qələbə şansını itirdi

"Verstappen Reysing" komandasının heyətində çıxış edən Maks Verstappen və Lukas Auer Nürburqrinqdə keçirilən dörd saatlıq yarışın beşinci mərhələsində ümumi sıralamada 39-cu yeri tutublar.

90deqiqe.Az xəbər verir ki, komandanın idarə etdiyi “Mercedes-AMG GT3” bolidi yarış zamanı ön hissədən ciddi zədələnib. Xüsusilə ön splitterin sıradan çıxması səbəbindən avtomobil dərhal pit-stop zonasına gətirilərək qaraja çəkilib.

Texniki baxış və təmir işləri təxminən 30 dəqiqə davam edib. Bu səbəbdən ekipajın qələbə uğrunda mübarizə aparmaq şansı itirilib.

Qeyd edək ki, insidentə qədər komanda kifayət qədər inamlı çıxış edirdi. Yarışa beşinci pillədən başlayan Maks Verstappen qısa müddətdə liderliyə yüksələrək rəqiblərini 30 saniyədən çox qabaqlayırdı.

Seçilən
21
90deqiqe.az

1Mənbələr