AZ

“Gəncə” Yüksək Liqada bürünc medal qazandı

Qadın voleybolçulardan ibarət “Gəncə” komandası Azərbaycan Yüksək Liqasında mövsümü bürünc medalla başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, üçüncü yer uğrunda qarşılaşmada Gəncə təmsilçisi "Milli Aviasiya Akademiyası" komandası ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “Gəncə”nin inamlı qələbəsi ilə yekunlaşıb. Komanda rəqibini 3:0 (25:18, 25:21, 25:21) hesabı ilə məğlub edərək çempionatın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, bu gün qızıl medal uğrunda keçiriləcək final oyununda Turan və DH Volley komandaları qarşılaşacaq. Görüş saat 16:00-da start götürəcək.

Seçilən
20
90deqiqe.az

1Mənbələr