AZ

İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb

İran ABŞ ilə danışıqların davam etdirilməsi ilə bağlı qərarı yalnız Vaşinqton dəniz blokadasını aradan qaldırdıqdan sonra verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son günlər ABŞ və İran arasında Pakistan üzərindən əlaqələr davam edib. Bu çərçivədə tərəflər İslamabadda keçirilən birbaşa danışıqlarda müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilir ki, İran hökuməti ABŞ dəniz blokadasını davam etdirdiyi müddətdə birbaşa danışıqları bərpa etməyi planlaşdırmır.

Daha əvvəl ABŞ mediası və rəsmi şəxslər növbəti həftənin əvvəlində Pakistanın paytaxtı İslamabadda tərəflər arasında birbaşa danışıqların bərpa oluna biləcəyini bəyan ediblər. ABŞ Prezidenti Donald Tramp isə ABC telekanalına açıqlamasında vitse-prezident Cey. Di. Vensin bu dəfə nümayəndə heyətinə rəhbərlik etməyəcəyini qeyd edib.//oxu.az

Seçilən
20
3
konkret.az

5Mənbələr