AZ

Amerikalı diplomat: “İranın elektrik stansiyalarına zərbələr hərbi cinayət sayılmayacaq“

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirilməsi hərbi cinayət kimi qiymətləndirilməyəcək".

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts ABC News telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, ABŞ Administrasiyası İranla mümkün hərbi qarşıdurma fonunda bütün variantları nəzərdən keçirir və heç bir ssenari istisna edilmir.

"Bütün variantlar masadadır. Biz bu infrastrukturu nisbətən asanlıqla məhv edə bilərik. İranın hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarılıb", - deyə Uolts qeyd edib.

O əlavə edib ki, hərbi məqsədlər üçün istifadə olunduğu iddia edilən infrastrukturun vurulması hərbi cinayət sayılmır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
moderator.az

3Mənbələr