AZ

İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…



Hörmüz boğazı ətrafında gərginlik getdikcə artır. ABŞ ordusunun 13 apreldə başlatdığı dəniz blokadası Tehran rejimini iqtisadi və hərbi böhrana sürükləyir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), bölgədə patrul xidməti aparan USS Pinckney və USS Rushmore gəmilərinin əməliyyatları sayəsində İranın bütün dəniz ticarətinin tamamilə dayandırıldığını iddia edib.

Mərkəzi Komandanlığın açıqlamasına görə, idarə olunan raket esminesi USS Pinckney bölgə sularında hər hansı bir hərəkətin qarşısını alır. Amfibiya desant gəmisi USS Rushmore-un da Ərəb dənizindəki əməliyyatlara qoşulması ilə İranın dünyaya dəniz çıxışı tamamilə bağlanıb. ABŞ Hərbi Dəniz Qüvvələri blokadanın siyasi və hərbi təzyiq hədəflərinə çatdığını bildirir.

Buna cavab olaraq, İran da 19 saatlıq fasilədən sonar Hörmüz boğazını yenidən bağlayıb və ABŞ-la Pakistanda keçirilməsi gözlənilən danışıqların ikinci turundan imtina edib.

Bütün bunlar göstərir ki, ABŞ və İran arasında qarşıdurmaların yenidən başlama riski yaxın günlərdə arta bilər. 8 apreldə elan edilən müvəqqəti atəşkəsin 22 apreldə başa çatır, digər tərəfdən danışıqlar üçün yeni bir tarixin hələ müəyyən edilməməsi qarşıdurma riskini yenidən artırır.

Bu arada, xarici media yazır ki, İran 30 apreldə ABŞ hədəflərinə və İsrailə qarşı hücuma başlaya bilər. Analitiklər də İranın 30 aprelə qədər İsrailə və onun bölgədəki müttəfiqlərinə qarşı böyük bir hücum başlatması ehtimalının 100 faiz olduğunu düşünürlər. Tehran administrasiyası dəfələrlə ABŞ-ın dəniz blokadasına qarşı cavab tədbirləri görəcəyini bəyan edib. İranın açıqlamalarında blokada qaldırılmadığı təqdirdə Hörmüz boğazının bağlı qalacağı bildirilib.

Rusiya mediası isə yazır ki, İranın raket imkanları ilə bağlı ABŞ-da böyük narahatlıq yaranıb. Peyk görüntüləri ABŞ-ın milyardlarla dollar dəyərində qabaqcıl raketdən müdafiə sistemlərini gizli şəkildə İordaniyaya köçürdüyünü ortaya qoyub.

Regiondakı qeyri-müəyyənlik, LNG daşınmalarında fasilələrə səbəb olub və beynəlxalq bazarlarda ciddi narahatlığa yol açıb.

Tahir TAĞIYEV

Seçilən
29
baki-xeber.com

1Mənbələr