AZ

Hakan Fidan: "Hər üç lider bir-birini qardaşdan da çox sevir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində üç ölkə lideri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin əl-ələ tutduqları şəkli şərh edib.

Bizim.Media bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.

Forumun yekunu üzrə mətbuat konfransında çıxış edən H.Fidan "əslində, qardaşlar arasındakı həmrəylik mesajıdır" deyə bildirib.

Onun sözlərinə görə, hər üç lider bir-birini həqiqətən də qardaşdan artıq sevir.

"Bu, həm də onların təmsil etdikləri dövlətlərin və xalqların ortaq hisslərinin təzahürüdür. Millətlər iradələrini liderlərə verirlər, liderlər bu iradəni millət adına istifadə edirlər və liderlərin bir araya gəlib bu cür müsbət həmrəylik içərisində olmaları, qardaşlıq nümayiş etdirmələri təbii ki, dünyaya örnək mesajdır, - deyə nazir vurğulayıb.

Bizim.Media

Seçilən
16
2
bizim.media

3Mənbələr