BAKI, 19 aprel. TELEQRAF
Almaniya millisinin və "Bavariya"nın futbolçusu Serj Qnabri DÇ-2026-da iştirak etməyəcək.
Teleqraf "Bild"ə istinadla xəbər verir ki, 30 yaşlı futbolçu "Bavariya"nın məşqi zamanı zədələnib.
Onun sağ budunun əzələsinin qopduğu və uzun müddətə sıradan çıxdığını bildirilir.
Qnabrinin bərpa prosesinin minimum 4 ay çəkəcəyi ehtimal edilir.