Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilibk ki, ümumi sahəsi 140 m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sahəsi 20 m² olan otaq yüksək temperaturdan qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.