AZ

Batumidə 2 azərbaycanlı narkotik ittihamı ilə tutuldu KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Gürcüstanın Batumi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

1995-ci il təvəllüdlü A. A. və 1994-cü il təvəllüdlü S. Z. müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.

Təqsirləndirilən şəxslərin müvəqqəti yaşayış yerinə baxış keçirilib və satış məqsədilə hazırlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Bundan əlavə, hüquq-mühafizə orqanları narkotiklərin qablaşdırılması və paylanması üçün istifadə olunan müxtəlif materiallar da aşkarlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 261-ci maddələrinin 3-cü hissəsinin “A” bəndi ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
11
konkret.az

10Mənbələr