ABŞ ordusu yaxın günlərdə beynəlxalq sularda İranla əlaqəli neft tankerlərini və kommersiya gəmilərini ələ keçirməyə hazırlaşır və dəniz əməliyyatlarını Yaxın Şərqdən kənara genişləndirir.
Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, planlaşdırma İran ordusunun Hörmüz boğazında nəzarəti gücləndirməyə davam etməsi, şənbə günü bir neçə kommersiya gəmisinə hücum etməsi və su yolunun İranın “ciddi nəzarəti” altında olduğunu iddia etməsi ilə bağlıdır.
Bu hadisələr İran xarici işlər nazirinin boğazı kommersiya gəmiçiliyi üçün tam açıq elan etməsindən bir gün sonra gəmiçilik şirkətlərini narahat edib.