AZ

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

 Redaksiyamızın qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, 73 ünvanında yaşayan Abbasova Fərqanə Nəriman qızı tərəfindən şikayət daxil olmuşdur..

Vətəndaş Fərqanə Abbasova şikayətində bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, giriş 50 A ünvanında yerləşən, rəhbəri olduğum "Rəhimli" firmasının balansında olan  245.5kv/m-lik "Görüş" kafesi bir qrup “reket” tərəfindən əlimdən zorla alınır. 

Şikayətçi deyir ki, kafeni əlimdən zorla almaq istəyən həmin şəxslər məni ölümlə təhdid etməkdən də çəkinmirlər:

"Onlar məni ölümlə təhdid edirlər. Kafeyə aid müvafiq sənədləri toplayıb dövlətin qoyduğu vahid pəncərə prinsipi əsasında Reystr Xidmətinə sənədlərin təsdiqlənməsi üçün təqdim etmişəm. Əfsuslar olsun ki, bu ərəfədə mənə məxsus obyektə Mustafa və onun əlaltısı Surxay adlı şəxs tərəfindən buraxılmıram. Hətta, bir neçə vaxt bundan əvvəl yenidən obyektə baxmağa getdim.

Bir dəstə tanımadığım adamlar töküldülər mənim, qadın xeylağının üzərinə. Təhdid olunduğum üçün, həyəcan və qorxudan ürəyim dayandı. Üstümə Təcili Yardım çağırıldı. Məni xəstəxanaya yerləşdirdilər. Hətta onların arasında özünü vəkil kimi təqdim edən birisi də məni hədələməyə başladı. Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Heç bir əlacı yoxdur. Mənə elə gəlir ki, polis də onların əlində aciz qalıb"-deyə Fərqanə Abbasova bildirir.

Həmin şəxslərin bazarda qeyri-qanuni biznes ilə yəni dəmir, dam örtüyü satışı ilə məşğul olduqlarını qeyd edən Fərqanə Abbasova, onların əllərində saxta bir müqavilə və etibarnamə olduğunu iddia edərək qeyd edir:

"Əllərində saxta bir müqavilə və etibarnamə olduğunu qeyd edirlər. Amma bu sənədlər hansısa yollarla alınmış saxta sənədlərdir. Mərkəzi Reystrin arxivində göstərdikləri sənədin kökü yoxdur. Əyər belə olsaydı, 6 ay bundan əvvəl obyektin sənədləşməsi üçün müraciət elədiyim Mərkəzi Reystr portalında onlara aid bir sənəd çıxardı. Görünür, onların şəxsi tanışları və dostlartı bunlara yağlı vədlər verirlər. Amma mən dövlətin gücünə və Prezidentimə, hüququn gücünə inanıram. Belələri çox gəlib-gediblər.

Obyektin üstünü və pəncərələrini söküb dağıdıblar. Mənə külli miqdarda maddi ziyan vurublar. İçindəki soyuducuları, əmlakı da dağıdıblar"

 Şikayətçi deyir ki, onlar məni intihar həddinə çatdırıblar:

"Onlar məni intihar vəziyyətinə gətiriblər. Tək qadınam. Mənim tək və qadın oluğuma görə qoxudub mülkümü əlimdən almaq istəyirlər. Başda Cənab Prezident İlham Əliyev və 1-ci vitse- Prezident Mehriban xanım olmaqla Daxili İşlər Naziri Vilayət Eyvazovdan, Baş Prokuror Kamran Əliyevdən kömək istəyirəm. Çünki, əvvəlki müraciətim əsasında bu “reket”lərin qanunsuz hərəkətləri dayandırılmışdı. İndi yenidən hərəkətə keçiblər. Qeyd edim ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reystri” Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsində 24.10.2025-ci ildə müraciətimə baxılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən daxil olmuş 09.01.2025-ci il tarixli, 1125010280 nömrəli elektron müraciət əsasında  yuxarıda qeyd edilən tikiliyə yerində baxış keçirilmiş və müvafiq ölçmə işləri aparılaraq hazırlanmış yer quruluşu planı 18.042025-ci il tarixdə Fövqaladıə Hallar Nazirliyinin elektron portalında yerləşdirilmişdir…

Həmin rəsmi məktubda xüsusi olaraq vurğulanır. Müraciətinizdə qeyd olunan Vəzirov Mustafa və Əliyev Surxay adlı şəxslərin adından Azərbaycan Respublikasının Prezidentinin 14.06.2023-cü il tarixli 2181 nömrəli fərmanının tələblərinə əsasən sözügedən qeyri-yaşayış binasının sənədləşdirilməsi ilə bağlı rəsmi müraciət daxil olmamışdır.Bu rəsmi sənddən də aydın olur ki, adıçəkilən adamlar bu obyekti əlimdən almaq istəyirlər" -deyə Fərqanə Abbasova müraciətində bildirir. 

Biz isə redaksiya olaraq yazını tədbir görülməsi üçün Aiaiyyatı quraumlara ünvanlayırıq.

Araşırmaçı Pünhan


Seçilən
27
1
azia.az

2Mənbələr