AZ

“Sepah”ın şalvarının kəməri

Hazırda Fars körfəzinin ətrafında baş verənlər dünya boyda nəhəng teatrın səhnəsində oynanılan tragikomediyaya bənzəyir. Təxminən belə bir absurd səhnəcik təsəvvür edin:

Tramp:Biz qalib gəlmişik, İran danışmaq istəyir!
Birja: Aşağı düşürəm.
Dünya iqtisadiyyatı: Tfu! Milyardları itirdim!
İran: Yox, biz qalib gəlmişik, ABŞ danışmaq istəyir!
Birja: Yuxarı qalxıram.
Treyderlər: Tfu! Milyardlar itirdik!
Ağ ev (daxili pıçıldaşma): Neft füyüçerslərini sataq!
Tramp: Hörmüz boğazı açılmalıdır!
Neft: Düşürəm.
Ağ Ev (daxili pıçıldaşma): Mənfəəti təsbit edək.
İsrail: Mən Livanı vurmağa davam edəcəyəm.
Ağ Ev (daxili pıçıldaşma): Neft fyüçerslərini alaq.
Neft: Qalxıram.
Ağ Ev: (Əllərini bir-birinə sürtür)
Tramp (İsrailə): Qələt edirsən, mən möhtəşəm icazəmi vermirəm!
Ağ Ev: Fyüçerslərdə alış əməliyyatına əlavə edək!
İran: Hörmüz boğazını açmıram!
Pentaqon (pIçıltı ilə): Səhmləri sataq!
Birja: Düşürəm.
Pit Heqsett:(Əllərini bir-birinə sürtür)
Tramp: Avropa, kağızdan düzəldilmiş pələng, köməyə gəl!
Avropa: Müharibə bitəndə gələcəyəm.
Ağ Ev (Daxili pıçıldaşma): Səhmləri sataq!
Tramp: İranı möhtəşəm blokadaya alıram!
Birja: Düşürəm də, itələməyin! Nə xəbərdir?!
Dünya iqtisadiyyatı: Tfu! Milyardları itirdim!
Neft (Trampa): Daha nə desən də, bundan yuxarı qalxa bilmirəm. Dirənmişəm.
Ağ Ev (pıçıltı ilə): Fyüçersləri sataq, mənfəəti təsbit edək.
İran: Hörmüz boğazını açıram.
Ağ Ev: Sell! Sell!
Neft: Aşağı tullanıram! (Özünü kəlləmayallaq aşağı atır)
Avropa: Köməyə gəlirəm. Ayaqqabılarımı bağlayım, çıxıram.
Tramp: Kağızdan düzəldilmiş pələng! Daha gəlmə, lazım deyil.
İran (Trampa): Blokadanı aç!
Tramp: Açmıram!
Ağ Ev (pıçıltı ilə): Satışdan çıxın! Təcili neft fyüçerslərini alın!
İran: Hörmüz boğazını bağlayıram!
Neft (Düşdüyü yerdə üst-başını çırpa-çırpa): Qalxıram!
Ağ Ev: (Əllərini bir-birinə sürtür)
Tramp: Avropa, kağızdan düzəldilmiş pələng, köməyə gəl!
Avropa: Boğaz açılandan sonra gələcəyəm.
İsrail: Livanı vurmağa başlayıram.
Neft: (Başını qaldırıb, əlini qaşlarının üstünə günlük kimi qoyaraq, yuxarı baxır)
Dünya iqtisadiyyatı: (Kənarda dayanıb, titrəməyə başlayır)
Klounada davam edir.

Vüsal Məmmədov

AzVision.az
Seçilən
10
2
azvision.az

3Mənbələr