AZ

Paşinyan və Anna boşanma xəbərlərindən sonra birlikdə görüntüləndi - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gümrü şəhərinə Anna Akopyanla birlikdə gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, cütlüyün yenidən bir arada görünməsi maraqla qarşılanıb.

Xatırladaq ki, bundan əvvəl onların boşandıqları barədə məlumatlar yayılmışdı.

Paşinyan "Şimal-Cənub" magistral yolunun Aştarak-Gümrü hissəsinin açılışı münasibətilə təşkil olunmuş Yerevan-Gümrü avtoyürüşündə iştirak edib. Baş nazir daha əvvəl şəxsi avtomobili olan hər kəsi bu yürüşə dəvət etmişdi. Tədbirdə xidməti avtomobillərdən istifadənin qadağan olunduğu bildirilmişdi. İstisna olaraq yalnız dövlət mühafizəsində olan şəxslərə xidmət edən avtomobillərin hərəkətinə icazə verilib.

Musavat.com

Seçilən
29
5
musavat.com

6Mənbələr