AZ

Boşanandan sonra İLK DƏFƏ: Paşinyan və Anna birlikdə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gümrü şəhərinə Anna Akopyanla birlikdə gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, cütlüyün yenidən bir arada görünməsi maraqla qarşılanıb.

Xatırladaq ki, bundan əvvəl onların boşandıqları barədə məlumatlar yayılıb.

Paşinyan "Şimal-Cənub" magistral yolunun Aştarak-Gümrü hissəsinin açılışı münasibətilə təşkil olunmuş İrəvan-Gümrü avtoyürüşündə iştirak edib. Baş nazir daha əvvəl şəxsi avtomobili olan hər kəsi bu yürüşə dəvət edib. Tədbirdə xidməti avtomobillərdən istifadənin qadağan olunduğu bildirilib. İstisna olaraq yalnız dövlət mühafizəsində olan şəxslərə xidmət edən avtomobillərin hərəkətinə icazə verilib.

Musavat.com

Seçilən
1
5
musavat.com

6Mənbələr