Dağıstanda 54 yaşayış evi və 59 həyətyanı sahə hələ də su altında qalmaqdadır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, respublikanın 4 yaşayış məntəqəsində 54 ev, 59 həyətyanı sahə və 3 avtomobil yolu sahəsi subasmaya məruz qalıb. Hazırda 2 bələdiyyə ərazisində elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.
"15 müvəqqəti sığınacaqda 544 nəfər yerləşdirilib ki, onlardan da 170-i uşaqdır", - deyə məlumatda qeyd olunub.