AZ

“Başçının razılığı olmadan sənəd verilmir” Tovuzda qanun kimə işləyir?

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Tovuz rayon sakini Alisgəndərov Oktay Telman oğlu 5 aydan artıqdır ki, Tovuz Rayon İcra Hakimiyyətindən obyektinin istismara qəbul edilməsinə dair aktı ala bilmədiyini bildirir.

Gununsesi.info  xəbər verir ki, vətəndaşın sözlərinə görə, o, qanunvericiliyə uyğun olaraq tələb olunan bütün sənədləri, həmçinin bu xidmət üçün müəyyən edilmiş 61 (altmış bir) manat dövlət rüsumunu ödəyərək qəbzini aidiyyəti üzrə təqdim edib.

Buna baxmayaraq, müraciətinə hələ də baxılmadığını deyən Alisgəndərov bildirir ki, 25 dekabr 2025-ci il tarixdə Azərpoçt vasitəsilə rəsmi ərizə və teleqramla müraciət etsə də, nə akt təqdim olunub, nə də imtinanın səbəbləri izah edilib.

Onun iddiasına görə, qurum əməkdaşları şifahi şəkildə bildiriblər ki, İcra Hakimiyyəti başçısının razılığı olmadan nə sənəd verilə bilər, nə də rəsmi izahat təqdim oluna bilər.

Vətəndaş qeyd edir ki, obyektlə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin portalında 15230 nömrə ilə qeydiyyat aparılıb və Tovuz Rayon İcra Hakimiyyəti istisna olmaqla 9 aidiyyəti qurumdan müsbət rəylər alınıb. Bundan əlavə, obyektin yerləşdiyi torpaq sahəsi üzrə dövlətlə 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsi bağlanıb.

Alisgəndərov məsələ ilə bağlı aidiyyəti qurumlardan köməklik göstərilməsini, obyektinin istismara qəbul edilməsinə dair aktın verilməsini və yaranmış vəziyyətin araşdırılmasını xahiş edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr