AZ

Co Kouldan Liverpul un baş məşqçisinə məsləhət

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Liverpul"un keçmiş hücumçusu Co Koul "mersisaydlılar"ın hücumunun hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə Goal.com portalına açıqlama verib:

"Əgər Arne Slut baş məşqçi postunda qalarsa, onlara başqa bir hücumçu lazım olacaq. Komandaya (Huqo Ekitije zədədən sağaldığı müddətdə) hücumu dərhal gücləndirə biləcək birinə ehtiyac var, xüsusən də Çempionlar Liqasına vəsiqə qazanarsa. Bu, "Liverpul" üçün çətin bir işdir.

Bəlkə də təcrübəli hücumçu axtarmaq məntiqlidir. Məsələn, 37 yaşlı Robert Levandovski. O, yəqin ki, bu çağırışla maraqlanardı və yəqin ki, İsakdan daha yaxşı oyunçu olduğunu və uyğunlaşa biləcəyini düşünür. O, asanlıqla 30 oyun oynaya bilər.

Ya bu, ya da çox istedadlı 17-18 yaşlı bahalı oyunçunun alışı. Amma yenə də risk var: bu gənc oyunçu İsak üçün yaxşı bir əvəz ola bilərmi? "Onsuz da "Liverpul" üçün asan bir qərar olmayacaq, amma onlar bu addımı atmalı olacaqlar".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
sport24.az

1Mənbələr