AZ

Qəbiristanlığın altında 5,6 milyon canlı tapıldı Koloniya 1935 ci ildən ordadır

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-də sakit və adi görünən bir qəbiristanlığın altında inanılmaz sayda canlı orqanizm – 5,6 milyondan çox arı aşkar edilib. Tədqiqatçılar bu tapıntını elmi baxımdan nadir hadisə kimi qiymətləndirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” yazır.

Məlumata görə, Kornell Universitetinin tədqiqatçıları Nyu-York ştatının İtaka şəhərində yerləşən East Lawn qəbiristanlığını araşdırıblar. Nəticədə məlum olub ki, ziyarətçilərin hər addımının altında böyük bir yeraltı həyat mövcuddur. Ərazidə Andrena regularis növünə aid arılar yaşayır və bu koloniyanın ən azı 1935-ci ildən bəri həmin məkanda olduğu müəyyən edilib. Lakin indiyədək heç kim onların bu qədər böyük miqyasda mövcud olduğunu bilməyib.

Alimlərin fikrincə, bunun səbəbi bu arıların həyat tərzidir. ABŞ-də arı növlərinin təxminən 70 faizi bal arıları kimi pətəklərdə deyil, tək-tək şəkildə yer altında yaşayır. Bu da onların insan gözündən "gizli” qalmasına səbəb olur.

Tədqiqat qrupu 2023-cü ilin yazında altı həftə ərzində dəqiq hesablamalar aparıb. Nəticələrə əsasən, cəmi 6 500 kvadratmetr (təxminən kiçik futbol meydançası ölçüsündə) ərazidə 5,56 milyon arı yaşayır.

"Biz hesablamaları apararkən tamamilə heyrətə gəldim. Əvvəllər yüz minlərlə arıdan ibarət koloniyalar görmüşdüm, amma 5,56 milyon olacağını heç təsəvvür etməzdim”, deyə tədqiqatın müəllifi Brayan Denfort bildirib.

Mövcud məlumatlara görə, bu tapıntı dünya üzrə rekord göstəricilərdən biridir:

Adi pətək koloniyası – təxminən 30 000 fərd

Arizonada böyük koloniya – 1,6 milyon fərd

İtakadakı tapıntı – 5,5 milyondan çox fərd

Mütəxəssislərin izahına görə, qəbiristanlıqlar vəhşi təbiət üçün əlverişli mühit yaradır. Burada torpaq uzun illər qazılmır, intensiv tikinti aparılmır və kimyəvi maddələrdən istifadə olunmur. Bu da canlıların uzun müddət sabit şəkildə çoxalmasına imkan verir.

"Əminəm ki, dünyada hələ aşkarlanmamış daha böyük arı koloniyaları var, lakin mövcud elmi məlumatlara əsasən bu, qeydə alınmış ən böyük qruplaşmalardan biridir”, deyə tədqiqatçılardan biri qeyd edib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr