AZ

Premyer Liqanın 4 klubunun hədəfindədir - Fransalı yarımmüdafiəçi

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

O, bir neçə aparıcı klubun maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi “Mançester Yunayted”, “Arsenal”, “Tottenhem” və “Çelsi” kimi klubların hədəfindədir.

Madrid təmsilçisi 22 yaşlı futbolçunun transferindən təxminən 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Fransalı oyunçu “Real”da artıq beş mövsümdür çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Seçilən
17
sportinfo.az

1Mənbələr