AZ

İspaniya Kral Kubokunun qalibi müəyyənləşib

BAKI, 19 aprel. TELEQRAF

İspaniya Kral Kubokunun finalında "Atletiko Madrid" və "Real Sosyedad" komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, "La Kartuja" stadionunda keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.

Uzatma dəqiqələrində də davam edən bərabərlik penaltilər seriyasında pozulub. "Real Sosyedad" "Atletiko Madrid"i penaltilərdə 4:3 hesabı ilə məğlub edərək kuboku qazanıb.

"Real Sosyedad" tarixində dördüncü dəfə Kral Kubokunu başı üzərinə qaldırıb. Klub kuboka sonuncu dəfə 2019-20 mövsümündə sahib olmuşdu.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr