AZ

İspaniya Kral Kubokunun qalibi müəyyənləşib

İspaniya Kral Kubokunun finalında "Atletiko Madrid" və "Real Sosyedad" komandaları üz-üzə gəlib.

"Ölkə.az" xəbər verir ki, "La Kartuja" stadionunda keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.

Uzatma dəqiqələrində də davam edən bərabərlik penaltilər seriyasında pozulub. "Real Sosyedad" "Atletiko Madrid"i penaltilərdə 4:3 hesabı ilə məğlub edərək kuboku qazanıb.

"Real Sosyedad" tarixində dördüncü dəfə Kral Kubokunu başı üzərinə qaldırıb. Klub kuboka sonuncu dəfə 2019-20 mövsümündə sahib olmuşdu.

Seçilən
5
2
olke.az

3Mənbələr